İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN Türkiyəyə növbəti yardım göndərib -FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola alıb.

APA-nın yerli bürosunun məlumatına görə, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə qardaş ölkəyə yolanıb. Humanitar yardımlar 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə yola salınıb.

FHN-in polkovniki Şəmsəddin Əmrahov APA-ya bildirib ki, yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir. Avtomobil karvanı yol şəraitinə uyğun hərkət edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR