İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN: Jurnalistlər binasında yanğın söndürülüb -FOTO

Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb. 

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Jurnalistlər binasında başlayan yanğın söndürülüb.

Musavat.com xəbər verir ki, yanğın binanın 13-cü mərtəbəsindəki mənzillərindən birində quraşdırılan kombidən başlayıb.

Hadisə tanınmış aparıcı Səbuhi Yusifliyə məxsus mənzildə baş verib.

***

Jurnalistlər binasında yanğın başlayıb.

APA xəbər verir ki, yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR