İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-in növbəti yardımları Türkiyəyə yola salınıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

APA xəbər verir ki, təyyarə və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Polkovnik-leytenant Fərid Qəhrəmanov APA-ya bildirib ki, 13 avtomobildən ibarət kolon quru yolu ilə hərəkət edəcək.

“Humanitar yardıma isti geyimlər, isidilən çadırlar və həyat təminatı vasitələrin daxildir. Kolon böyük ehtimalla günün sonunda zəlzələ zonasına çatacaq” – Qəhrəmanov qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR