İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN bu hotellərin işçilərinə təlim keçdi - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, növbəti tədbirlər Bakıda cüdo idman növü üzrə Böyük Dəbilqə beynəlxalq turnirinin keçirilməsi ilə əlaqədar olaraq, qonaqların yerləşəcəyi “Hyatt Regency Baku”, “Baku Marriott Hotel Boulevard” və “Coutyard by Marriott Baku” mehmanxanalarında keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi qeyd olunub. Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.

Həmçinin, yanğın zamanı zəruri davranışlar və insanların təhlükəsizliyinin təmin edilməsindən söz açılıb, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə söhbət aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR