İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı hökumətə müraciət etdi: "İrandan gələn soydaşlarımıza..."

Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, komitə sədrləri Tahir Mirkişili və Musa Quliyev layihə barədə məlumat veriblər.

Deputat Fəzail Ağamalı qida məhsullarına ƏDV-lərin və ölkəyə gətirilən dərman vasitələrinə tətbiq olunan rüsumların dondurulmalı olduğunu söyləyib: “Bizim nə deməyimizdən asılı olmayaraq, uşaqpulu məsələsi ictimai rəydə çox aktualdır”.

F.Ağamalı qeyd edib ki, ünvvanlı sosial yardımı uşaqpuluna transfer etmək olar: “Olmazmı ki, ünvanlı sosial yardım uşaqpulu formasında verilsin və bu məsələyə son qoyulsun”.

Deputat pensiya yaşı ilə bağlı məsələni də həlli vacib problemlərdən saydı və bildirdi ki, hökumətin bu məsələyə diqqət yetirəcəyinə inanır: “Bizə xaricdə yaşayan çoxsaylı soydaşlarımızın müraciətləri var. Onlar İranın repressiyasından qaçıqblar. İndi onlar Azərbaycana gəlmək, burada yaşamaq, uşaqlarının ana dilində təhsil almasına nail olmaq istəyirlər. Onlara bununla bağlı dəstək verilməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR