İnsanlara hürriyət, millətlərə istiqlal!

Feysbuk Braziliyadakı iğtişaşları dəstəkləyən yazıları siləcək

Feysbuk administrasiyası Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun tərəfdarları tərəfindən ölkədə təşkil edilən iğtişaşları dəstəkləyən yazıları siləcək.

AZƏRTAC xəbər verir ki, CNN teleradio kompaniyası bu barədə sosial şəbəkənin sahibi olan “Meta” kompaniyasının nümayəndəsi Endi Stouna istinadla məlumat yayıb.

Onun sözlərinə görə, iğtişaşları dəstəkləyən və təşviq edən materiallar sosial şəbəkədən silinəcək. “Biz vəziyyəti diqqətlə izləyirik və sosial şəbəkənin siyasətini pozan yazıları pozmağa davam edəcəyik”, - deyə Endi Stoun bildirib.

Yanvarın 8-də sabiq prezident Jair Bolsonarunun tərəfdarları Braziliyanın paytaxtında hökumət binalarına və polisə hücumlar ediblər. İlkin məlumata görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlarda iştirak edən 400-dən çox insanın saxlanıldığı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR