İnsanlara hürriyət, millətlərə istiqlal!

Fətullah Gülənin qardaşı oğlu ailəsi ilə birlikdə HƏBS EDİLİB

İstanbulda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda aralarında FETÖ şübhəlisi Selman Gülənin də olduğu 4 nəfər yaxalanıb.

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, İstanbul Polis İdarəsindən verilən açıqlamaya görə, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə koordinasiyalı əməliyyat keçirilib.

Açıqlamada təşkilatın konspirativ ev kimi istifadə etdiyi ünvana hücum olunub və təşkilatın lideri Fətullah Gülənin qardaşı oğlu, qanun qaçağı Selman Gülən, həmçinin onun həyat yoldaşı Nur Gülən, qadının atası Bəkir Öztürk və anası Mine Öztürk saxlanılıb.

Açıqlamada yaxalanan 4 nəfərin 1 ilə yaxındır bu evdə gizləndiyi bildirilib.

Açıqlamada Selman Gülənin hələ də təşkilatın maliyyə strukturunda fəaliyyət göstərdiyi təsbit edilib.

Axtarışlar zamanı evdə çox sayda rəqəmsal material, 14 min dollar, 560 Estoniya kronu və müxtəlif şəxslərə məxsus 2 pasport ələ keçirilib.

Nəzarətə alınan 4 şübhəli ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR