İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Şəfiyev: "Yeni hədəfimiz sülh sazişidir" 

"Ermənistanın işğal dövründə də, Qarabağ müharibəsindən sonra da havadarları olduğunu görürük. Buna baxmayaraq, Azərbaycan 30 ildir torpaqlarını işğaldan azad etməklə bağlı hədəfinə nail oldu".

Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törədilən terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

"Artıq bizim yeni hədəfimiz var - sülh prosesi, sülh sazişi imzalamaq. Bir sıra istiqamətlərimiz də var: mina məsələləri, hərbi cinayətlər, itkin düşmüş şəxslər, Azərbaycanın mədəni irsinin dağıdılması, maddi ziyanlar və s. Bütün bu istiqamətlərdə lazımi platformalarda tədbirlər gedir", - F.Şəfiyev bildirib.

Fərid Şəfiyev baş verən hadisələrə Qərbin münasibəti barədə də danışıb: "Deməzdim ki, Qərb baş verənlərə tamamilə göz yumur. Məsələn, Gəncə və digər hadisələrlə bağlı "Amnesty International" təşkilatının 2020-ci ilin dekabrında dərc olunan nüsxəsi var idi. Dərc olunan məruzədə bəzi məqamlar bizi qane etmir, amma müəyyən nəticə əldə olunub. Biz bu istiqamətdə mütəmadi işlər aparmalıyıq. Aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət etməlidir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR