Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur müğənnisi Ferhat Göçer yenidən Bakıya gəlir.
Musavat.com xəbər verir ki, sənətçi oktyabrın 18-i ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşısısına çıxacaq.
Qeyd edək ki, pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970 – ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib.
O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə Xoşməramlı səfiridir.
Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.
Könül,
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ