Onlayn ictimai-siyasi qəzet
“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
“Report”un məlumatına görə, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər “Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.
“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.
“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ