İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan orijinal təklif: “Bir millət, bir dərman, iki dövlət”

Deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxış edərkən narahatlıq doğuran bəzi sahələrdən bəhs etdi. Deputat bildirdi ki, bəzi “göydən zənbillə düşən”lərin təyinatından fərqli olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə namizəd kimi bu sahədə 20 il çalışmış kadrları görəndə həm təəccüblənib, həm də sevinib.

F.Mustafa bu ənənənin digər bütün sahələrdə davam etdirilməsini zəruri saydı. Növbəti dəfə icra hakimiyyətləri ilə bağlı mövcud olan problemlərdən bəhs edən deputatın dediyinə görə, o rayonlarda ki, icra başçıları ləğv edilir, ondan sonra rayonlardan şikayətlər gəlmir: “Demək, bəzən icra hakimiyyətlərinin binaları rayonları daha yaxşı idarə edir, nəinki icra başçıları”.

Deputat onkloji xəstələrin çox ağır durumla üz-üzə qaldığını söyləyərək bildirdi ki, hamı Türkiyəyə, digər ölkələrə müalicəyə gedə bilmir, burada da insanlar normal müalicə oluna bilmədiyi üçün həyatını itirir. Odur ki, onkoloji xəstəlikləri də icbari tibbi sığortaya daxil etməklə bağlı addım atmaq lazımdır.

F.Mustafa ölkədə dərman preparatlarının keyfiyyəti ilə bağlı da problemlərin olduğunu söylədi: “Bəlkə biz Türkiyə ilə birgə dərman preparatlarının istehsalna başlayaq. Deyirik, bir millət, iki dövlətik. Bunu edək “bir millət, bir dərman, iki dövlət””.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR