İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”  

Milli Məclisin növbədənkənar sessiyasının son iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. Deputat Fazil Mustafa cari məsələlərdən bəhs edərkən bildirdi ki, Azərbaycanın əksər ucqar bölgələrində, eləcə də Naxçıvanda vəkil çatışmazlığı var: “Bunun da bir səbəbi var. Qanunda qeyd olunur ki, vəkilin üç illik stajı olmalıdır. Bu, tələb çox absurddur. Türkiyədə belə bir müddəa yoxdur. Ona görə də bu müddəa aradan qaldırılmalıdır ki, vəkil çatışmazlığı aradan qaldırılsın. Heç olmasa imtahana girənlər üçün bir illik staj qeyd olunmalıdır”.

Deputat təklif etdi ki, vəkilliyə qəbul asanlaşdırılmalıdır: “Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR