İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Tariximizi silməliyik?"

“Biz elə bir mühit yaratmalıyıq ki, gələcəkdə koalisiyaya yaxınlaşa biləcək idarəetmə mühiti mümkün olsun”.

Musavat.com xəbər verir ki, deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu fikirləri Milli Məclisdə “Siyasi partiyalar haqqında qanun” layihəsi haqda danışarkən söylədi. Deputat bildirdi ki, siyasi müxalifətin çərçivəsini müyyənləşdirmək lazımdır.

Onun sözlərinə görə, bu çərçivə Milli Məclisin özündə də yoxdur. Deputat layihə ilə bağlı iradlarını da sadaladı: “Deyək ki, partiya təsis olunub. Bizdən tələb olunur ki, biz yenidən təsis konfransı keçirməliyik. Tariximizi silməliyik? Mən yeni partiya yaradıramsa, müəyyən bir imkan yaradılmalıdır ki, partiyamın təbliğatını aparım, insanları cəlb edim. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar kifayət qədər inkişaf etsin”.

F.Mustafa ardınca bunları söylədi: “Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur. Amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır. Gəlin görək, hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var. Belə olan halda hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit istiqamət yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabat mühiti olsun”.

Sonda deputat “Ümumiyyətlə, mən qanun layihəsinin lehinə səs verəcəyəm, müsbət bir tendensiya kimi qəbul edirəm”-söylədi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR