Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin iclasında çıxış edərək son zamanlar aktual olan bir mövzuya diqqət çəkdi.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, 23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib.
Deputat sözügedən məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif etdi.
Bildirdi ki, “Wikipedia”nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır: “Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu, təmin edilərsə, erməni “Wikipedia”çılara bu məsələdə də qalib gələ bilərik”.
E.Paşasoy,
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ