İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Biz imkan verməməliyik ki, hansısa ölkə…”  

Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa bildirdi ki, artıq Azərbaycan  brend məhsullarını öz adı ilə dünyaya təqdim etməyin  zamanı yetişib.

Musavat.com xəbər verir ki, millət vəkili konkret fakta istinad etdi: “Bu yaxınlarda Rusiyada Naftalan  brendinin başqa ölkə adi ilə satışının şahidi oldum. Bu, yolverilməzdir. Azərbaycanın Naftalan, İstisu, Qalaaltı kimi brendləri var və biz bu məhsulları Azərbaycan brendi olaraq dünyaya təqdim etməliyik. Bu məsələ barədə ciddi düşünməliyik və müvafiq qurumlarımız bu işin üzərində çalışmalıdır”.

F.Mustafa məsələyə ciddi münasibət bildirməyi zəruri saydı: “Biz imkan verməməliyik ki, hansısa ölkə  bizim brendlərdən istifadə edib öz adı ilə məhsulu dünyaya çıxarsın. Naftalan neftinin  müalicədə müstəsna rolu var. Bu yolla həm də ölkəyə turist axınını təmin edə bilərik. Bunu düşünməliyik, öz brendlərimizi xaricə öz adımızla çıxarmalıyıq. Niyə icazə veririk ki, bizim brendləri başqaları öz adları ilə bazara çıxarır? Naftalanda çoxlu sanatoriyalar tikilib, Prezident də bura diqqət ayırıb. Naftalan neftinin əvəzi yoxdur, Əqli Mülkiyyət Agentliyi bu məsələni ciddi araşdırmalıdır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR