İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Biz axı, ən ciddi xainləri Müdafiə Nazirliyindən uzaqlaşdırdıq”

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarıldı.

Deputat Fazil Mustafa hərbi qulluqçuların pensiya məsələsi ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif etdi. O qeyd etdi ki, hərbçilər üçün ayrıca qanuna ehtiyac var: “Əvvəllər Azərbaycanda belə bir ayrıca qanun olub. Lakin sonradan bu qanun “Əmək pensiyaları haqqında” Qanuna əlavə edilib. Hərbçilərimiz 59% dəyər itkisinə məruz qalırlar. Bu insanlar üçün aydın qaydalar olmalıdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Bu mənimsənən vəsait şəhidin qan puludur”.

Deputat bildirdi ki, bu, birinci hal deyil: “Bundan əvvəl də Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı tutulanlar var. Bu necə ola bilər? Biz axı, ən ciddi xəyanətkarları Müdafiə Nazirliyindən uzaqlaşdırdıq. Yenə də yeyinti davam edir. Hərbi qulluqçularla bağlı bu məsələləri əlahiddə məsələ kimi qəbul edib, müzakirəyə çıxarmalıyıq. Təklif edirəm ki, bu məsələyə bir də baxılsın. Sabah dinc dövr olarsa, müharibə şəraiti aradan qalxarsa, birləşdirilmə təmin edilər. Son hadisələr göstərdi ki, risk altında olan əsas təbəqə hərbçilərdir. Onların şəhadətini heç nə əvəz edə bilməz”.

F.Mustafa ardınca hərbçilərin pensiyası məsələsilə bağlı yeni qanun layihəsinin təqdim olunmasını və qəbul edilməsini də zəruri saydı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR