İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Azərbaycan hökuməti mütləq maliyyə amnistiyası verməlidir”

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında hökumətə xitabən bir sıra problemləri sadaladı, həmçinin Kür çayı ilə bağlı fəlakətli vəziyyətə diqqət çəkdi. O, həmçinin ölkədə əlverişli investisiya mühitinin hələ də yaradılmamasından narahatlığını ifadə etdi. “Rusiyada iqtisadi böhran onu göstərdi ki, çoxsaylı azərbaycanlının maliyyə və bank sektoruna qoyduğu sərmayə batdı. Biz niyə iş adamlarına şərait yaratmamalıyıq ki, onlar ölkəyə sərmayə qoysunlar?”- deputat bildirdi. F.Mustafa ardınca hökumətə çağırış etdi: “Azərbaycan hökuməti mütləq maliyyə amnistiyası verməlidir, bununla yanaşı, mülkiyyət, əmlak amnistiyası verilməlidir. Hazırda yüz minlərlə vətəndaş hökumətin qanunsuz saydığı mülklərə sahibdir”.

Deputat təhsil sistemi ilə bağlı problemlərin ciddiliyinə də diqqət çəkdi. “Bu gün Zabrat1-də 800 yerlik orta məktəbdə 2200 şagird təhsil alır. Bir sinifdə 30-40 uşaq oxuyur, orada necə keyfiyyətli təhsil ola bilər?”-F.Mustafa əlavə etdi və hökuməti tədbir görməyə səslədi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR