İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Musatafadan LGBT bayrağının asılmağına münasibət: “Hüquqi zəmin yoxdursa...”


“Məsələyə hüquqi kontekstdən yanaşmaq lazımdır. Qeydiyyat aparılıbmı, rəsmi icazə alınıbmı və s. Bu, bizim mənəvi dəyərlərlə uyğun gəlməyən məsələ olsa da, ilk növbədə qanunvericiliyə baxmaq lazımdır”.

Millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında qeyd edib ki, qanunsuz bayrağın asılması qanunvericiliyə ziddir: “Demokratik hüquqi dövlətdə hər hansı təriqətin bayrağı ola bilər yaxud kilsənin üzərində bayraq dalğalana bilər. Bu, bizim xoşumuza gəlməyə bilər, lakin bu o demək deyil ki, bayraq asılmamalıdır. Hüquqi cəhətdən bayraq asan qurum icazə alıbmı? Müvafiq qurumlar məlumatlandırılıbmı? Əgər hüquqi zəmin yoxdursa, bayrağın asılmasına imkan verilməməlidir”.

Qeyd edək ki, “Landmark Hotel Baku”nun qarşısında LGBT bayrağı ucaldılıb. Məsələ şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sözügedən binada bir sıra səfirliklərin ofisləri yerləşir. İlkin məlumata görə, LGBT bayrağı Britaniya bayrağının yanında ucaldılıb və bu, Britaniya səfirliyinin təşəbbüsü olub.

ABŞ-ın Azərbaycandakı Səfirliyi də Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü (IDAHOBIT) ilə bağlı açıqlama yayaraq bildirib ki, Birləşmiş Ştatlar dünyada bütün lezbiyan, gey, biseksual, transgender, queer və interseks (LGBTQI+) fərdilərin insan hüquqlarını bir daha təsdiq edir, onların verdikləri töhfələri qeyd edir, və bu fərdlərə qarşı davam edən ayrı-seçkiliyə və zorakılığa son qoymağı öhdəliyini üzərinə götürür.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR