Onlayn ictimai-siyasi qəzet
Rəqqasə Fatimə Fətəliyeva boşanma xəbərlərinə son qoyub.
Sənətçi "Balkanla gecə turu" verilişinə açıqlama verən sənətçi həyat yoldaşı Xəyalla ayrılmadıqlarını bildirib.
O, kamera önündə ona zəng edərək "Ailə həyatım çox gözəldir. Kamera önündə zəng edib həyat yoldaşımla da danışa bilərəm. Oğlum Hüseynin atası və mənim həyat yoldaşım Xəyal bəydir. Təki bütün xanımlara mənim ərim kimi ər qismət olsun" sözlərini deyib.
Daha sonra həyat yoldaşına zəng vuran Rəqqasəyə "Burada məni suallara tutublar. Şükürlər olsun ki, həyat yoldaşım Xəyal bəylə aramızda heç bir problem yoxdur. Hər şey superdir" sözlərinə qarşı tərəf "Əlbəttə ki, Fatimənin bu sözlərini təsdiqləyirəm və onu çox sevirəm" cavabını verib.
Qeyd edək ki, Fatimənin bu nikahdan Hüseyn adlı bir oğul övladı var. (Axşam.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ