Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyənin futbol üzrə məşhur baş məşqçisi Fatih Terimin yeni komandası bəlli olub. 70 yaşlı mütəxəssis Yunanıstanın "Panatinaykos" klubu ilə razılığa gəlib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Terimin "Panatinaykos"a rəhbər təyin olunması Avropa mətbuatında böyük əks-səda doğurub.
Təcrübəli çalışdırıcının maaşı da böyük marağa səbəb olub. Belə ki, Yunan mətbuatı Fatih Terimin maaşı ilə bağlı maraqlı iddia ilə çıxış edib.
Qeyd olunub ki, o, "Panatinaykos"la 1,5 illik müqavilə imzalayıb. F.Terimin sabiq məşqçi İvan Yovanoviç kimi eyni maaşı alacağı iddia edilib.
Məlumata görə, İvan Yovanoviç bonuslar nəzərə alınmadan 900 min avro xalis maaş alıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ