İnsanlara hürriyət, millətlərə istiqlal!

Faiq Mirzəyev İŞDƏN ÇIXDI

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

Musavat.com xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev bildirib.

Qeyd edək ki, F. Mirzəyev 21 mart 1976-cı ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun İnzibati İdarəetmə ixtisasını bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsi alıb. 26 fevral 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 16 iyun 2022-ci ildən isə direktorun birinci muavini təyin olunub. Ailəlidir. Üç övladı var.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR