Onlayn ictimai-siyasi qəzet
Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti bu gün səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, hadisə yeniyetmənin iki dostu ilə çayın üzərindən keçmək istəyərkən baş verib.
Qeyd edək ki, 14 yaşlı Murad Kəlbəcər sakini olub.
Faktla bağlı araşdırma aparılır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ