İnsanlara hürriyət, millətlərə istiqlal!

"F-16" qırıcıları Ukrayna pilotlarına nə zaman təhvil veriləcək? - Reznikov AÇIQLADI

"Qərbin vəd etdiyi "F-16" qırıcıları ilk dəfə 2024-cü ilin yazında Ukrayna Silahlı Qüvvələrinin pilotları tərəfindən istifadə oluna bilər".

Musavat.com xəbər verir ki, bunu “Bild” qəzetinə açıqlamasında Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

Onun sözlərinə görə, Qərb qırıcılarının istifadəsinə başlanması gələn ilin yazında baş verə bilər, çünki ukraynalı pilotlar artıq təlim keçməyə başlayıblar.

Reznikov əlavə edib ki, ilk növbədə Ukrayna təyyarələri üçün infrastruktur hazırlanmalıdır, bunun üçün altı ay və ya daha çox vaxt lazım ola bilər.

Reznikov həmçinin təklif edib ki, Ukraynanın "F-16" qırıcılarından istifadə etməsi münaqişədə ciddi dönüş nöqtəsi ola bilər.//Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR