İnsanlara hürriyət, millətlərə istiqlal!

"Eynşteyn Kainatın dəyərləndirilməsində yanlışlığa yol verib" - Tədqiqat

Müşahidələr astronomlar və astrofiziklərin Kainatın nə qədər tez-tez genişləmənməsi barədə proqnozları ilə üst-üstə düşmür..."

Alimlər kosmosa yeni linzadan nəzər salıb və Kainatın hər-halda genişlənmədiyini aşkar edib

Albert Eynşteynin Kainatın genişlənməsi nəzəriyyəsi yanlış ola bilər. Hər halda Jenevrə Universitetindən nəzəriyyəçi fizik Lukas Lombrayzerin rəhbərliyi altında aparılan tədqiqat müəllifləri bu nəticəyə gəlib.

Musavat.com moderator.az-a istinadən bildirir ki, bu barədə "Classical and Quantum Gravity" nəşri yazıb.

Lombrayzer o cümlədən deyib ki, alimlər kosmosa yeni linzadan nəzər salıb və Kainatın hər halda genişlənmədiyini aşkar edib.

Çoxdankı nəzəriyyələr güman edir ki, işıq spektrinin daha qırmızı sonluğadək uzanması olan qırmızı yerdəyişmə onu göstərir ki, Kainat daima genişlənir və obyektləri bizdən uzaqlaşdırır.

Bundan başqa, son tədqiqatlar göstərib ki, Kainatın genişlənməsi getdikcə daha da sürətlənir. Bu proses kosmoloji sabit adlanır. O, həmçinin lyambda kimi tanınır.

Lakin bu konsepsiya Eynşteynin ilk dəfə təsvir etdiyi zamandan problemli olub, çünki müşahidələr Kainatın nə qədər tez genişlənməsi barədə astronomlar və astrofiziklərin proqnozları ilə, sadəcə, üst-üstə düşmür.

Beləliklə, bəzi alimlər güman edir ki, bu fərqi izah edə biləcək digər hissəciklər də mövcud ola bilər.

Bu kosmoloji sabitə söykənmək əvəzinə, Lombrayzer deyir ki, Eynşteynin Kainatın yastı və statik olmasının orijinal nəzəriyyəsi, əslində, düz ola bilərdi və bu, Kainat genişləndikcə Qalaktikanı deyil, kütləni dəyişən hissəçiklər ola bilərdi. Yeni nəzəriyyə xeyli dərəcədə Kainat kütləsinin 80 faizinin aksion sahənin təşkil edən tünd materiyaya söykənir.

Aksion sahə tünd materiyanın identikliyi üçün ən yaxşı seçimi olan hipotetik hissəcikdir. Astronomlar onu axtarsa da, tapa bilməyib.

Yeni nəzəriyyənin, xüsusilə Kainatın genişlənməsi nəzəriyyəsinin dayanıqlı olmasını nəzərə alaraq, bir qədər qeyri-standart görünə biləcəyinə rəğmən, böyük ehtimalla, astronomların axtardığı cavab ola bilər.

Bundan öncə kosmik sübhün güman edildiyindən 200 milyon il gec başlandığı barədə məlumat verilib. Astronomlara görə, kosmik sübh erkən Kainatın tarixində ilk ulduzların parladığı və işığın məkanda yayıldığı dövrüdür.

Bu dövr Qaranlıq əsrlər adlandırılan dövrdən sonra gəlib. İlk ulduzlar çox ağır və qısamüddətli olub, çünki daima partlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR