Onlayn ictimai-siyasi qəzet
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi və həmin təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsinə dair müddətə aydınlıq gətirilib.
Bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun 12-dək olan dövrü əhatə edəcək.
Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.//APA
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ