İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlilik proqramının iştirakçısı həbs olundu

Rusiyanın "Evlənək!" şousunun keçmiş iştirakçısı, 2014-cü ildə törədilən qətllə bağlı 15 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin nümayəndəsi Yelena Markovskaya verib.

İstintaqa əsasən, hadisə 2014-cü il avqustun 9-da baş verib. Şübhəli şəxs və tanışı Krasnodon şəhərinə gedərkən yolu azıb və yoldan keçən iki nəfərdən istiqaməti soruşmaq istəyiblər. Onlardan birinin üzərində qiymətli əşyalar olduğunu gördükdə, silahla hədələyərək hər iki şəxsi maşına mindiriblər. Qurbanlar daha sonra Luqanskın meşə zolağına aparılıb və onlardan biri orada öldürülüb.

Qeyd olunur ki, təqsirləndirilən şəxs 2019-cu ildə "Evlənək!" şousunda iştirak edib, lakin o zaman gəlin başqa namizədi seçib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR