İnsanlara hürriyət, millətlərə istiqlal!

Evinə girməyə çalışan oğrunu bu cür görüntülədi- ANBAAN VİDEO 

Türkiyənin Hatay bölgəsində yanında uşaq olan bir qadın şərti adı H. D olan vətəndaşın evinə girməyə cəhd göstərib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki,  qadın öncə qapının zəngini basıb.

Zəngi vuran şəxsin dilənçi olduğunu düşünən ev sahibi bir müddət qapını açmayıb. Qapının zorla açıldığını anladıqdan sonra mobil telefonla onu videoya çəkməyə başlayıb və qonşuları köməyə çağırıb.

Həmin video sosial şəbəkələrdə geniş yayılıb.

Qadın polis tərəfindən saxlanılıb və məlum olub ki, o, yardım toplamaq adı ilə xeyli evin zəngini basıb. Kim qapını açmayıbsa, xüsusi aparatı ilə qapını açaraq oğurluq edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR