İnsanlara hürriyət, millətlərə istiqlal!

"Evin" zindanı ölüm və işgəncə evinə çevrilib

Tehrandakı "Evin" həbsxanasından həyəcanlı xəbərlər gəlməkdə davam edir. 

İranın sabiq baş naziri Mirhüseyn Musəviyə aid teleqram kanalının yaydığı məlumata görə, "Evin" həbsxanasında saxlanılan siyasi məhbuslarından biri türmə məmurlarının məhbusları döyüş gülləsi və ov tüfəngi ilə güllələməsi, eləcə də nəzarətçilərin dustaqları qəddarcasına döyməsi barədə məlumat sızdırıb.

Musavat.com "Fərda" radiosuna istinadla xəbər verir ki, şənbə günü, oktyabrın 15-də axşam saatlarında "Evin" həbsxanasında 8-ci hücrə məhbuslarına hücum zamanı birbaşa atışma olub, 15 nəfərə güllə yarası alıb.

Bir məhbusun dediyinə görə, türmənin rəisi mühafizə bölməsinin komandiri polkovnik Mahmudi 8-ci palatanın 40-50 siyasi məhbusunu dəyənəklə xüsusi amansızlıqla döyə-döyə harasa aparıb və onların hara aparıldığı məlum deyil. polkovnik Mahmudi dəyənəklə məhbusların başına vururarkən "ölüm gününüz gəldi” deyirmiş.

Başqa bir məhbusun dediyinə görə, “kənardan döyülmə səsi gəlir, xüsusi təyinatlı qüvvələr həbsxananın içərisində hərbi vəziyyətə başlayıblar, özlərini çox pis aparırlar, kimin başına nə zərər gələcəyi bəlli deyil. 

Son xəbərlərə görə, "Evin" həbsxanasında dünən gecə 4 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilir. Həmin 4 məhbusun yanğın nəticəsində yaranan tüstüdən boğulduğu qeyd olunur. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR