İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçılar İrəvan-Göyçə yolunu açdılar: tələbə əməl edildi

Ermənistanın Tsovaqyux və Semenovka kəndlərinin sakinləri bit sutkadan artıq qapalı saxladıqları İrəvan-Göyçə avtomobil yolunu bir az əvvəl açıblar.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Nazirlikdən adamlar gəldilər, razılaşdıq ki, bu gün saat 14:00-da camaata baş çəkəcəklər, müzakirə aparılacaq. Biz tələb etdik ki, Qnel Sanosyan da bu görüşdə iştirak etsin”, - Semyonovkanın inzibati rəhbəri David Mnatsakanyan Ermənistan News-NEWS.am-ə bildirib.

Qeyd edək ki, ötən gün saat 12:00-dan etibarən İrəvan-Sevan avtomobil yolu bağlanıb. Kənd sakinləri etirazçılarla heç vaxt görüşə gəlməyən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüş tələb ediblər. Kənd sakinləri icmaların genişlənməsinin əleyhinədirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR