İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ətin qiyməti qalxsa, biz bu işi buraxmalı olacağıq”: Ət bazarında qiymət artımı ilə bağlı narahatlıq

Rusiya -Ukrayna  müharibəsi  bir çox ölkələrin bazar iqtisadiyyatına öz təsirini göstərib. Belə ki, bütün dünya ölkələrində müxtəlif qida məhsullarının qiymətləri ciddi şəkildə bahalaşmağa doğru gedir. Artıq qardaş ölkə Türkiyədə də ət məhsullarının qiyməti  48% artıb. Buna səbəb olaraq yem məhsullarının bahalaşması göstərilir.  Elə ölkəmizə də xaricdən gətirilən heyvan  yemlərinin bir qisminin qiymətləri artıb. Yaxın günlərdə Azərbaycanda da ət və ət məhsullarının bahalaşacağı haqda proqnozlar verilir.     

Bəs görəsən, bizdə də  ət məhsullarının qiymətində  artım olacaqmı? Musavat.com-un əməkdaşı olaraq paytaxtın bir neçə ət dükanında olub mövcud vəziyyəti öyrəndik.

Müşahidələrimizi ilk olaraq Nizami rayon ərazisində yerləşən qəssabxanalarda apardıq. İlk daxil olduğumuz qəssab dükanında mal və quzu ətlərinin bolluğu diqqətimizi çəkdi.

Dana ətinin bir kiloqramı 11 manat 50 qəpik, quzu ətinin bir kiloqramı isə 15 manat təşkil edir. Satıcı bizimlə söhbət zamanı bildirdi ki, hələ ki, qiymətlər stabildir: “Ətin qiymətində artım hələ ki yoxdur. Axırıncı dəfə yanvar ayında qiymətlər artmışdı, çox yerdə 12-13 manat arasında dəyişirdi.

df59a945-d325-4de6-9efa-4d9392de7bb1.jpg (76 KB)

Ancaq bu vaxt da biz qiymətləri qaldırmadıq. Çünki ətin qiymətində olan bahalaşma alıcı sayının azalmasına səbəb olur və bu da bizim xeyrimizə deyil”. 

Elə satıcı ilə danışdığımız zamanı alıcılardan biri söhbətimizə qoşuldu: “Əvvəllər  istədiyimiz əti rahat  şəkildə çəkinmədən alırdıq. İndi  ətin qiyməti qalxıb, əl çatmaz olub. Hələ deyirlər, yenə artacaq. İndiki qiymətlər ucuzdur məgər?! Onsuz da maaşımız ət və digər məhsulları almağa yetmir. Əvvəl əti kilo ilə alırdıqsa,  indi hərəsindən az-az çətinliklə  alırıq. Mən yeməsəm də olar, ancaq uşaqlar üçün almağa məcburam”.

27126470-b91c-444b-9de0-1a73910ada8b.jpg (110 KB)

Alıcı ilə söhbəti bitirdikdən sonra üz tuturuq Xəzər rayonundakı ət dükanlarına.

Xəzər rayonunda  yerləşən “Dana əti" dükanı digər qəssabxanalardan fərqli olaraq  qiymətləri ilə   diqqətimizi çəkdi.  Satıcının dediyinə görə  ətin qiymətində 1-2 manat artım var:  “Dekabrda dana ətinin qiyməti 10 manat 50 qəpik idisə, indi 12 manatadır. Qiymətlərin artması bizim xeyrimizə deyil, əksinə alıcılar buna etiraz edirlər, nəticədə alıcıların sayı günü-gündən azalır. Amma əti aldığımız yerdə də maya dəyəri artdığı üçün biz də məcburuq, qiymətləri artıraq. Belə getsə, bu iş bizə heç sərf etməyəcək”.  

Flora Əsgərli,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR