Onlayn ictimai-siyasi qəzet
Estoniyalı deputatlar parlamenti “xarici agentlər” haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan liderlərinə qarşı sanksiyalar tətbiq etməyə və onların Estoniyaya girişini qadağan etməyə çağırıblar.
Musavat.com xəbər verir ki, bu barədə BALTNEWS telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Tiflisdə keçirilən mitinqdə iştirak edib və Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ