Onlayn ictimai-siyasi qəzet
Estoniya Dövlət Dəftərxanasının işçi qrupu ölkə ərazisində sovet dövrünə aid sökülməli olan obyektlərin siyahısını tərtib edib.
APA-nın ERR agentliyinə istinadla xəbərinə görə, siyahıya 322 heykəl və 22 qəbirüstü abidə daxildir. Ədliyyə naziri Lea Danilson-Yarq bildirib ki, siyahıda yer alan 244 abidənin sökülməsi və ya neytral simvollarla əvəzlənməsi təklif edilib. 78 abidənin isə saxlanması mümkündür. Sovet dövründə qurulmuş, lakin işğal rejimi ilə əlaqəsi olmayan abidələr sökülməyəcək.
İşçi qrupun tərtib etdiyi məxfi siyahı ayın sonunda ictimailəşdiriləcək.
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ