İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyada sərxoş sürücü Zelenskinin əksi olan abidəni taran edib

Estoniyanın Tirva şəhərində sərxoş sakini avtomobillə Ukrayna prezidenti Vladimir Zelenskinin əksi olan qumdan düzəldilmiş “Azadlıq heykəli”ni taran edib.

Heykəlin çəkisi 76 tondur. Polis bu əməli törədən və avtomobilini qoyub hadisə yerindən qaçan sürücünü axtarır.

Yerli mətbuatın yazdığına görə, “Ford” markalı avtomobil Finlandiya nömrəsi daşıyır və 36 yaşlı kişiyə məxsusdur. Avtomobilin içərisindən spirtli içki aşkar edilib və bu, güman etməyə əsas verib ki, sürücü sərxoş olub.

Abidə bu ilin fevral ayında quraşdırılıb. O, Zelenskini azadlıq mücəsssəməsi kimi təsvir edir. Prezidentin sol əlində trident təsviri olan qalxan var.

Bundan əvvəl ABŞ konqresmeni Co Vilson Nümayəndələr Palatasına Vladimir Zelenskinin büstünün Kapitoliya binasında qoyulması üçün alınmasına dair qətnamə layihəsi təqdim edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciyadan olan üzvü Marcori Taylor Qrin bu təklifə qarşı çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR