İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya parlamentinə Rusiya ilə sərhədin bağlanması haqqında qanun layihəsi təqdim edilib

Müxalif "Vətən" partiyası fraksiyası Estoniya parlamentinə Rusiya ilə sərhədin tamamilə bağlanması haqqında qanun layihəsi təqdim edib.

"İzahat qeydində vurğulanır ki, təşəbbüs əhalinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Müvəqqəti nəzarət xəttinin bağlanması risklərin azaldılması, gözlənilməz hadisələrin qarşısının alınması və mühafizənin gücləndirilməsi yollarından biridir", - sənəddə deyilir.

Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, NATO-nun şərq cinahında təhlükəsizlik vəziyyəti, o cümlədən Rusiya və Belarusun yaxın gələcəkdə keçirməyi planlaşdırdığı genişmiqyaslı "Qərb-2025" təlimlərinə hazırlıq fonunda pisləşib.

Eyni zamanda, parlamentarilərin fikrincə, layihədə Estoniyanın Aİ və NATO üzvü kimi beynəlxalq öhdəlikləri də nəzərə alınıb. İzahat qeydində o da xatırladılır ki, Dövlət Sərhəd Aktı hökumətə milli təhlükəsizlik maraqları naminə sərhəd keçidlərini dayandırmaq hüququ verir.

Deputatlar hökuməti Estoniya ilə Rusiya arasında müvəqqəti nəzarət xəttini bağlamağa çağırırlar.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR