İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya hökuməti istefa verib

Estoniya Baş naziri Kaya Kallas və hökuməti istefa verib.

APA xəbər verir ki, bu barədə Estoniya hökumətinin rəsmi saytında məlumat verilib.

Bildirlib ki bu gün səhər Baş nazir Kaya Kallas istefa qərarını rəsmi şəkildə açıqlayıb və hökumət Baş nazirlə birlikdə istefa verib.

Baş nazir bildirib ki, onun rəhbərlik etdiyi hökumət ölkəyə çox çətin zamanda - COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya qarşı müharibəsi və enerji böhranının olduğu zamanda rəhbərlik edib. "Çətin vaxtlara baxmayaraq, biz Estoniya dövlətini daha da gücləndirmək və xalqımıza dəstək olmaq üçün çoxlu yaxşı və böyük işlər görmüşük”, - deyə Kaya Kallas bildirib.

"Estoniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə bir milyard avro vəsait ayrılıb və NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsinə nail olmuşuq. Ukraynanın ən böyük dəstəkçilərindən biri olmuşuq. Estoniya etibarlı əllərdədir”, - Kallas deyib.

Kallas həmçinin parlamentin spikerinə iyulun 15-də fövqəladə sessiya çağırmağı təklif edib və burada o, yeni koalisiya sazişini təqdim edən siyasi bəyanatla çıxış edəcək. Daha sonra parlament yeni hökumət koalisiyasına mandat verib-verməməyə qərar verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR