İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir götürülən rus pilot - "biz mülki əraziləri vurduq" - VİDEO

Ukrayna tərəfindən vurulan Rusiya döyüş təyyarəsinin əsir götürülən pilotu onların mülki əraziləri vurduğunu etiraf edib.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, əsir götürülən birinci dərəcəli pilot Aleksandir Krasnayarzev mülki ərazilərə zərbələr vurduqlarını etiraf edib və həmkarlarına müraciət edib: "3 dəfə uçdum, üçüncü dəfədə vuruldum. Bizə dedilər ki, hərbi bölgələrdə işləyirik, lakin verilən koordinatların ona aid olduğu müəyyən edilib. Hava zərbələrindən sonra yaşayış məntəqələrinin dağıdıldığını öz gözlərimlə gördüm".

Rusiyalı pilot açıqlamasının davamında "Mariupol şəhərində uşaq xəstəxanası vurulub" deyərək həmkarlarına bu sözlərlə müraciət edib: "Rus əsgərlərinə səslənirəm, Ukraynaya qarşı müharibəyə getməyin. Uşaqları və qadınları öldürməyin".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR