İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir düşən əsgərimizlə bağlı SENSASİYA: meşədə canlı yayım açıb? – Natiq Cəfərli və Pənah Hüseyn “CANLI”DA

Erməni mediası Zəngəzurun Açanan kəndində əsir düşən azərbaycanlı hərbçi ilə bağlı absurd iddialar tirajlamağa başlayıb. Erməni mətbuatı sözügedən iddiaları hərbi mənbələrə istinadən yaydığını bildirib. İddialara görə, azərbaycanlı əsgər Zəngəzurda mühafizəçini öldürüb telefonunu aldıqdan sonra oradan qaçıb. Daha sonra isə guya telefonda xəritəni açıb və Azərbaycana gedən yolu tapmağa çalışıb. Lakin telefonun enerjisi bitdiyi üçün yaşayış məntəqəsinə yaxın meşədə azıb.

Erməni mediası yazır ki, guya azərbaycanlı əsgər bunları etməzdən əvvəl canlı yayım açıb və erməni xalqını təhdid edib.

Amma ilkin versiya ondan ibarətdir ki, ermənilər öz vəhşiliklərinə don geyindirmək üçün bu sözləri ona zorla dedizdiriblər. Təhqir nitqi ermənilərin əlini “gücləndirə biləcək” arqumentlərdən sayılır. Ermənilərin bu planı baş tutacaqmı? Beynəlxalq Qızıl Xaç Komitəsi niyə hələ də hərbçimizlə görüşmür?

Bu və gündəmdəki bir çox məqamları bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində AXP sədri Pənah Hüseynlə ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR