Onlayn ictimai-siyasi qəzet
Livanlı tədqiqatçı Aya Mayzub Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejimi dövründə Dəməşq zindanlarında istifadə olunan müxtəlif işgəncə alətlərinin fotoşəkillərini yayıb.
Musavat.com xəbər verir ki, bu alətlər rejimin törətdiyi amansız işgəncələrin və hüquq pozuntularının qorxulu şahidi kimi çıxış edir.
Mayzub işgəncə alətlərinin arasında bel sümüklərini qırmaq üçün xüsusi hazırlanmış daş plitələr, taxtalar və məhkumları şiddətlə döymək üçün şinlərin olduğunu qeyd edir.
Qeyd edək ki, livanlı tədqiqatçının araşdırmaları Əsəd rejiminin tətbiq etdiyi işgəncə və zülmün beynəlxalq səviyyədə daha çox tanınmasına kömək edəcək.
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ