İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzincanda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Türkiyənin Ərzincan şəhərində məktəbli mikroavtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 11 nəfər yaralanıb.

“Ərzincanda məktəbli servisi mikroavtobusu Erzincan – Çağlayan şosesində hərəkətdə olarkən döngəni düzgün hesablamayaraq suvarma kanalına düşüb”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, qəzanı görən vətəndaşlar hadisə yerinə jandarm və təcili tibbi yardım briqadalarını çağırıblar.

Qəzada yaralanan sürücü və nəqliyyat vasitəsindəki 11 şagird şəhər xəstəxanasına aparılıblar. Müalicəyə alınan yaralıların həyati təhlükəsinin olmadığı açıqlanıb.

Xatırladaq ki, fevralın 15-də Manisada baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölmüşdü.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR