İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır” - Paşinyan

“Dünyada və regionda vəziyyət gərgindir və biz gərginliyin səviyyəsini azaltmaq və fundamental həll yollarını tapmaq üçün özümüzü məsuliyyətli hesab edirik. Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə keçirilən iclasda deyib. Erməni mediasının yaydığı məlumata görə, Paşinyan həmçinin bildirib ki, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR