İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Xarici Kəşfiyyat İdarəsində nə baş verir?

Ermənistanda 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan vergi daxilolmalarının olmaması səbəbindən hökumət strukturlarında, müxtəlif nazirlik və idarələrdə ixtisar etməyə məcbur olub.

Musavat.com xəbər verir ki, bu barədə “Qols Ameniya” yazır. Bildirilir ki, artan büdcə risklərini nəzərə alaraq hökumət hətta ən vacib strukturlardan biri olan Xarici Kəşfiyyat İdarəsində belə 200 milyon dram “kəsib” ki, bu da kadr ixtisarlarına səbəb olub.

Xarici Kəşfiyyat İdarəsi 2022-ci ilin dekabrında yaradılıb və bu posta Ermənistanın Ombudsmanı vəzifəsində işləmiş Kristinne Qriqoryan təyin edilib.

kristine-1.jpg (28 KB)

1991-ci ildən sonra müstəqilliyi boyu davamlı silahlı qarşıdurma şəraitində olan Ermənistanın son vaxtlara qədər niyə xarici kəşfiyyat təşkilatlarının olmaması təəccüblü görünə bilərdi. O zaman Rusiya mediasına buna ə izahat da vermişdi. “Dominant versiyaya görə, İrəvan Birinci Qarabağ müharibəsindəki qələbədən sonra o qədər arxayın olub ki, dövlət təhlükəsizliyinin bu cür qabaqlayıcı təminat formasının olmasını lüzumsuz hesab edib” deyə bildirilirdi.

Keçmiş ombudsmanın yeni yaradılmış struktura təyinatını isə Britaniya kəşfiyyatı ilə əlaqələndirirdilər.

SSRİ zamanı Minsk şəhərində DTK kursları fəaliyyət göstərirdi. SSRİ respublikalarından perspektivli kadrları Belarus paytaxtına təhsil almağa göndərilirdi. Bir şəxs əlavə qabiliyyət göstərdisə, o zaman Moskva bölgəsinə kəşfiyyat məktəbinə köçürüldü. Lakin əksər hallarda Minskdən sonra bu kadrlar respublika idarələrinin əks-kəşfiyyat bölmələrini təşkil edirdi.

Moskva hesab edirdi ki, bu strukturun yaradılmasının öz kəskin anti-Rusiya mövqeyi ilə tanınan Britaniya kəşfiyyatının (Mİ6) rəhbəri Riçard Murla birbaşa əlaqəsi var. Təsadüfi deyil ki, Xarici Kəşfiyyat Xidmətinin yaradılması barədə qərar Murun 2022-ci ilin dekabrında İrəvana səfərindən bir neçə gün sonra gerçəkləşmişdi.

Bu gün Ermənistan Xarici Kəşfiyyat Xidmətinin prioritetinin nə ola biləcəyini təsəvvür etmək çətindir. Bu məsələyə klassik yanaşsaq, o zaman erməni kəşfiyyatının əsas fəaliyyəti “əsas rəqiblər” – Azərbaycan və Türkiyə haqqında məlumatların axtarışına yönəlməlidir. İrəvan isə diqqətini “rusiyapərəst təsir” axtarışına yönəldib.

“Qolos Armeniya” yazır ki, ümumiyyətlə, dövlət idarəetmə sistemində əsl qarışıqlıq və çaşqınlıq hökm sürür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR