Onlayn ictimai-siyasi qəzet
Bu il Ermənistan silahlı qüvvələrində döyüş və qeyri-döyüş şəraitində itkilərin sayı 265 nəfərə çatıb. 140-160 kvadratkilometrlik ərazi də artıq Ermənistanın nəzarətində deyil.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu statistika Ermənistanın müxalifətdə olan Respublika Partiyasının sədr müavini (Serj Sərkisyandır - red.) Armen Aşotyan tərəfindən dekabrın 28-də jurnalistlərlə görüşündə səslənib.
“Ermənistan Qarabağı tərk edib. Biz Ermənistanla erməni xalqı arasında fərq qoymağa məcburuq. Ermənistan Respublikası 2 ildir ki, öz xalqını təmsil etmir”, - deyə o bildirib.
“Paşinyan hələ də hakimiyyətdədir və bu, ermənilərə və dövlətə qarşı ədalətsizlikdir”, - deyə keçmiş təhsil naziri qeyd edib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ