İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə naziri yenə Azərbaycanla sərhədə gəldi və… - Ədalət Verdiyevlə “Canlı debat”

Ermənistanın müdafiə naziri Suren Papikyan iyulun 20-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşayiəti ilə ikinci ordu bölməsinə baş çəkib.

Nazir ikinci ordu bölməsinə tabe olan hərbi hissələri gəzib, arxa təminatın işi, qoşunların döyüş hazırlığı prosesi ilə tanış olub. Suren Papikyan hərbi hissənin komandanlığı ilə şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və hərbi hissələrin tikinti şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələləri müzakirə edib.

Daha sonra müdafiə naziri sərhəd zonasında döyüş mövqelərini gəzmək, ön xətdə təchizat işlərini izləmək üçün şərq bölgəsinə səfər edib.

Qoşun komandiri cəbhə xəttində görülən tikinti və möhkəmləndirmə işləri, şəxsi heyətin təhlükəsizliyinə yönəlmiş tədbirlər barədə nazirə məlumat verib. Müdafiə naziri əmin edib ki, cəbhə bölgəsinin təhlükəsizliyi ilə bağlı bütün məsələlər lazımi qaydada araşdırılaraq öz həllini tapacaq.

Döyüş növbətçiliyində olan zabit və hərbi qulluqçularla söhbətlər zamanı nazir silahlı qüvvələrdə başlanmış islahatlardan, hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı proqramlardan da danışıb, bu məsələlərin ölkənin hərbi-siyasi qurumlarının daim diqqət mərkəzində olduğunu bildirib.

Nələr baş verir? Bu qəfil səfərlər nədən xəbər verir? Sentyabra qədər Qarabağdan çıxacaqlarını elan edən ermənilərin başqa, B planları da varmı?

Bu və gündəmdəki digər sualları bu gün saat 16.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR