Onlayn ictimai-siyasi qəzet
"Ermənistanın kibertəhlükələrə qarşı immuniteti son dərəcə aşağıdır".
Musavat.com xəbər verir ki, bu barədə yerli media eksperti Samvel Martirosyan "Sputnik Armenia" saytına bildirib.
Onun sözlərinə görə, dünyada kibertəhlükəsizlik baxımından yaxşı qorunan ölkə yoxdur - təhdidlər həm kəmiyyət, həm də keyfiyyətcə daim artır.
Ermənistanda uzun müddət fırıldaqçılıq sxemləri yox idi, çünki az adam, məsələn, onlayn bankçılıq və ya ödəniş proqramlarından istifadə edirdi. Son 2-3 il ərzində vəziyyət kəskin şəkildə dəyişib və problemlər xeyli artıb.
İnternet İcması təşkilatının vitse-prezidenti Qriqor Saqyan da Ermənistanın bu sahədə təşkilati problemlərinin həddən artıq çox olduğunu deyib.
Qeyd edək ki, Qlobal Kibertəhlükəsizlik İndeksinə (GCI) görə, 2024-cü ilin əvvəlinə Ermənistan dünyanın 193 ölkəsi arasında 90-cı yeri tutub. Həmin vaxt Türkiyə 11-ci, Azərbaycan 40-cı, İran 54-cü, Gürcüstan 55-ci yerdə olub.
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ