İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu həbs edilib

İrəvan məhkəməsi sabiq diplomat, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanı həbs edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Paytaxtın birinci instansiya məhkəməsi bazar günü keçirdiyi iclasda sabiq diplomatın iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, bir neçə saat əvvəl diplomatın oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da həbs edilib.

Ata və oğlu bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb, nəticədə dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan dəyib.

Daha əvvəl prokurorluq bildirib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR