İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı

Ermənistanda hərbi prokuror və müavinləri işdən çıxarıldı.

BAKU.WS sputnik armenia-ya istinadən xəbər verir ki, Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb.

O, parlamentə seçildikdən bir gün sonra baş prokurorun müavininin, hərbi prokuror Vahe Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Həmin gün hərbi prokurorun müavini Arsen Sərdaryan da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, sentyabrın 19-u hərbi prokurorun daha bir müavini - Sevak Hovannisyan vəzifəsindən azad edilmişdi. O bu vəzifəyə cəmi 3 gün əvvəl - sentyabrın 16-da təyin edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR