Onlayn ictimai-siyasi qəzet
İyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş bədbəxt hadisə nəticəsində tibb məntəqəsinin 37 yaşlı feldşeri, müqaviləli hərbi qulluqçu, kiçik serjant Kristin Çiçyan güllə yarası aldığı üçün xəstəxanaya aparılıb.
Musavat.com bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq, Kristin Çiçyan iyulun 16-da dünyasını dəyişib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
“Ermənistanın Müdafiə Nazirliyi itkinin ağır acısını bölüşür və Kristina Çiçyanın ailə üzvlərinə, qohumlarına və həmkarlarına dəstəyini bildirir”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ