İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın hakim partiyası: “Bu faciədə hər kəs günahkardır”

“Hərbi hissədə baş verən yanğınla bağlı cinayət işi başlanıb. Bir sıra məsul şəxslər tutduqları vəzifədən azad edilib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

Millət vəkilinin sözlərinə görə, onlar aidiyyatı qurumlardan bu hadisənin bütün hallarını öyrənəcəklərini gözləyirlər. Bu da öz növbəsində müvafiq cinayət-hüquqi proseslərin başlanmasına səbəb olmalıdır.

Jurnalistlər, xüsusən də bu hadisənin respublikanın hazırkı müdafiə naziri Suren Papikyanın istefası üçün əsas olub-olmadığını soruşublar.

Ovannisyanın sözlərinə görə, siyasi məsuliyyətdən yalnız işin bütün halları aydınlaşdıqdan sonra danışmaq mümkün olacaq.

“Bununla belə, etiraf etmək lazımdır ki, biz yalnız qəzalardan sonra müəyyən problemlərlə məşğul olmağa başlayırıq. Bu, hamıya aiddir - sahibkarlardan tutmuş adi vətəndaşa qədər”, - deyə parlament fraksiyasının katibi bildirib.

Xatırladaq ki, bu gecə Geqarkunikdəki hərbi hissədə baş verən yanğın nəticəsində Ermənistan ordusunun 15 əsgəri həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR