İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ədliyyə nazirinin atasına qarşı cinayət işi qaldırılıb

 

“Atamın barəsində cinayət işinin başlanması və ədliyyə naziri təyin olunmağımla bağlı maraqların toqquşmasını görmürəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 29-da jurnalistlərlə söhbətində Ermənistanın yeni təyin olunmuş ədliyyə naziri Qriqor Minasyan deyib.

O, Ədliyyə Nazirliyinin bu məsələdə səlahiyyətinin çatmadığını söyləyib.

“Emosiyalar və hisslər insanın işinə mane olmamalıdır”, - deyə Minasyan bildirib.

Xatırladaq ki, “Surb Qriqor Lusavoriç” adına tibb mərkəzinin keçmiş rəhbəri Ara Minasyan barəsində cinayət işi başlanıb. O, mənimsəmədə ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR