Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına üzv olmaq planını elan edib. Bu addım Ermənistanın Rusiya asılılığından çıxma cəhdi kimi təqdim olunsa da, Moskva bunu Qərbin regiondan Rusiyanı çıxarmaq üçün bir vasitə kimi görür. Yeni siyasət Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) məyus olan bəzi ermənilər tərəfindən dəstəklənir”.
Musavat.com xəbər verir ki, bu fikir mərkəzi Brüsseldə yerləşən “Common Space” təşkilatının hesabatında yer alıb.
“Diversifikasiya ehtiyacına baxmayaraq, Ermənistanın coğrafi mövqeyi bu prosesə ciddi maneələr yaradır. Ölkənin dənizə çıxışı olmadığı və beynəlxalq əlaqələrini yalnız Gürcüstan və İran vasitəsilə quru yolla təmin etdiyi üçün Avropa bazarına çıxışı məhduddur. 2022-ci ildə Ermənistanın Rusiyadan ümumi ticarət dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib, lakin 2024-cü ilin sonuna bu rəqəm 12 milyard dollara çatacaq. 2023-cü ildə Ermənistanın ticarət dövriyyəsinin 42%-i Rusiyanın payına düşüb, Aİ isə cəmi 7,3%-lə məhdudlaşıb. Enerji asılılığı, xüsusilə qaz və nüvə reaktorunun yanacaq təminatı da Rusiyadan həyata keçirilir.
Paşinyanın Avropa və ABŞ-la daha sıx əməkdaşlıq cəhdləri strateji diversifikasiya ilə bağlıdır. Lakin diversifikasiyanı Rusiyanın təsirini tamamilə Qərb təsiri ilə əvəzləməklə qarışdırmaq olmaz”, - deyə hesabatda qeyd olunub.
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ